Şriftin ölçüsü :

Saytın rəngi :

Puta qəsəbəsi - 2012

17 yanvar 2013 | 11:00

Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-ci illərə təsadüf edir, qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cü illərdə sənaye mərkəzi olmuşdur. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur.
Puta qəsəbəsi ərazisində iri sənaye müəssisələri və böyük özəl qurumlar vardır. Bunlar Qaz Emalı Zavodu, Qaradağ Neft Kəmərləri İdarəsi, “Bakı-Ağırlaşdırıcılar” ASC, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Zavodu, “Puta-Əyrici” ASC, “Puta-Nəqliyyat-2” ASC, “Azturqaz” Müştərək Müəssisəsi, “Pakan LTD” MMC (Yuyucu məhsulların istehsalı), “Vembley Developments of Azerbajan ” Şirkətinin “Kaliforniya” qapalı mehmanxanası, “Azmeko Kompani” QSC-nin Metanol Zavodu, “Xəzər-Boru” MMC-nin Boru Prokat Zavodu, “Karvan-L” Boya İstehsalı Şirkəti. Bundan əlavə “BP-Azərbaycan” Şirkətinin podryadçı təşkilatları: “Riqblast” (RGB) Şirkəti, “BSL Enerji Servis” LTD, “Vord Vayd Pover Solüşın” Şirkətiş, “Aras LTD” MMC, “ATR Grup-Bridon”, “Vartsil”, “PSC”, “Azloqistik”, “ABB” Şirkətləridir.

Puta qəsəbəsinin ərazisində hal-hazırda tikilməkdə olan “AzMeCo” QSC – nin Azərbaycan Metanol Zavodu, “Xəzər – Boru” MMC-nin Boru – Prokat zavodu və s. kimi dövlət və sosial əhəmiyyətli obyektlər Puta qəsəbəsinin, eləcə də Qaradağ rayonunun sosial-iqtisadi infrastrukturunun inkişafına güclü təkan verəcəkdir.

Puta qəsəbəsi barəsində videoçarx

2012-ci ilin mart ayının 29-da Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılovun Puta qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirilmiş, qəsəbə sakinləri tərəfindən qəsəbədə mövcud olan bir sıra sosial problemlər qaldırılmışdır. O cümlədən bu problemlərin sırasında 184 saylı tam orta məktəbin təmiri, 326 saylı uşaq bağçasının qəzalı vəziyyətdə olması, qəsəbədəki mövcud stadionun bərbad vəziyyətdə olması, İnternet beynəlxalq şəbəkə sisteminə çıxış sürətinin çox aşağı səviyyədə olması, küçə işıqlarının və piyadaların rahat gediş – gəlişləri üçün piyada səkilərinin, qəsəbədaxili yol və küçələrin asfalt olmaması, ağırtonnajlı və iri qabaritli yük maşınlarının qəsəbənin yollarından istifadə etmələri ilə bağlı olan problemlər əsas yer almışdır.

Artıq Puta qəsəbəsi üzrə İnternet şəbəkə sisteminə giriş sürətində mövcud olmuş problem artıq həll edilmiş, Qaradağ Telefon Qovşağı tərəfindən qəsəbəyə İnternet beynəlxalq şəbəkəsinə çıxış xətti – yüksək sürətli optik kabeli çəkilmiş, habelə 545 saylı ATS-in əlavə 30 nömrə tutumlu telefon nömrələrinin çəkilişi işləri başa çatdırılmışdır.

Ağırtonnajlı və iri qabaritli yük maşınlarının Puta qəsəbənin yollarından istifadə etməsinin məhdudlaşdırılması məsələsi ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda yük maşınlarının qəsəbəyə daxil olmadan alternativ bir yol kimi-qəsəbənin kanal yolu adlandırılan ərazisindən istifadə etməklə keçməsi və bu torpaq yolunun 4 kilometrə qədər hissəsinin abadlaşdırılması imkanları araşdırılır.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Puta qəsəbəsində mövcud olmuş bir sıra sosial problemlərin həlli istiqamətində işlər davam etdirilməkdədir. Belə ki, qəsəbədə qəzalı vəziyyətdə olmuş və buna görə də 2005-ci ilin may ayından fəaliyyəti dayandırılmış 326 saylı uşaq bağçasının köhnə və yararsız binası sökülmüş, yerində ən müasir dizaynlı, bütün maddi – texniki avadanlıqlarla təchiz ediləcək 120 uşaq tutumluq yeni uşaq bağçasının tikintisi işlərinə başlanılmış, hal-hazırda tikinti işləri sürətlə davam etdirilməkdədir.

Puta qəsəbəsində yerləşən şəhid Kamran Yaqubov adına 184 saylı tam orta məktəb əsaslı təmir olunmuş, ən müasir üslubda, yüksək keyfiyyətlə, istilik – qazanxana təchizatı ilə təmir olunmuş məktəb 2012–2013-cü tədris ilində, ötən il sentyabr ayının 15-də istifadəyə verilmişdir.

Qəsəbənin mərkəzi hissəsində yerləşən köhnə stadionun yerində yeni, müasir üslubda istirahət parkının tikintisi ilə əlaqədar olaraq rayon rəhbərliyinin tapşırığına əsasən ərazinin hazırlıq vəziyyətinə gətirilməsi məqsədilə ümumilikdə 850 maşına yaxın müxtəlif plitə daşlarının qırıntısı, daş yonqarı (ştif), söküntü materialı və torpaqla doldurulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Əlavə Tədbirlər Planına səhiyyə sahəsi üzrə Puta qəsəbəsində 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, gənclər və idman sahəsi üzrə qəsəbədə mini futbol meydançasının və idman zalının tikintisi məsələləri salınmış, qeyd olunan məsələlərin Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən həlli cari ildə nəzərdə tutulmuşdur. Habelə qeyd olunan “Dövlət Proqramı” çərçivəsində qəsəbədaxili yol və küçələrin abadlaşdırılması istiqamətində ilkin mərhələdə qəsəbədə 21 ədəd küçə işıqları quraşdırılmış, 780 p/metr uzunluğunda səki daşları çəkilmiş və 800 p/metr uzunluğunda səki qurulmuşdur, hal-hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir.

Müvafiq “Dövlət Proqramı”na uyğun olaraq 2010–cu ilin may ayından etibarən ARDNŞ–nin “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü ilə Puta qəsəbəsində istismar müddətini başa vurmuş köhnə qaz xətlərinin yeni, keyfiyyətli borularla əvəz edilməsi, yeni qaz xətlərinin çəkilişi işləri yerinə yetirilmiş, yeni qaz xətlərinin 10100 p/metr uzunluğunda olan hissəsinin təbii qazın paylanma təzyiqindən asılı olaraq 76, 108, 159 mm.-lik diametrli borularla çəkilişi başa çatdırılmış, müəyyən çətinliklərlə əlaqədar o vaxt çəkilişi yarımçıq qalmış qaz borularının çəkilişi işləri davam etdirilmiş, ümumilikdə qəsəbə üzrə çəkilməsi nəzərdə tutulmuş 15000 p/metrdən 11285 p/metr uzunluğunda yeni qaz xətləri çəkilmişdir.
Ötən il ərzində Puta qəsəbəsi üzrə 518 nəfər təbii qaz abonentlərinin 435 nəfərinə Smart Kart tipli sayğac quraşdırılmış, qalan 83 nəfər abonentin Smart Kart tipli sayğaclarla təmin edilməsi istiqamətində işlər davam etdirilir.
2012-ci il ərzində Puta qəsəbə nümayəndəliyi və Puta bələdiyyəsi tərəfindən qəsəbənin mərkəzi yol və küçələrinə 60 maşın çınqıl daşları və 43 maşın plitə daşlarının qırıntıları tökülərək yaydırılmışdır. Habelə Qaradağ Neft Kəmərləri İdarəsi tərəfindən Puta dəmir yolu keçidinə qədər olan yola 100 maşın çınqıl daşları tökdürülərək yaydırılmışdır. RİHB-nın Puta qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən Lökbatan – Qızıldaş yolunun qəsəbənin inzibati ərazisinə düşən hissəsinin kənarlarından və qəsəbə daxilindən 56 maşın məişət tullantısı daşınaraq utilizasiya edilmişdir.

 

Keçidlər