Əmək veteranı Qızxanım Ələkbər qızı Əkbərovanın 80 illik yubileyi keçirilmişdir
11 oktyabr 2018-ci il tarixində Lökbatan qəsəbə sakini, əmək veteranı Qızxanım Ələkbər qızı Əkbərovanın 80 illik yubileyi münasibətilə görüş keçirilmişdir.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abbas Hüseynov, Qaradağ rayon Veteranlar Şurasının sədri Əli Məmmədov iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Qızxanım Əkbərovanın 80 illik yubileyi, rayonun ictimai-siyasi həyatında fəal iştirakı və göstərdiyi fədakar əməyi münasibətilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun təbriklərini çatdırmış və rayon rəhbərliyi adından ona qiymətli hədiyyə təqdim etmişdir.
Göstərilən diqqət və qayğıya görə yubilyar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirmişdir.
Görüşün sonunda xatirə şəkli çəkilmişdir.