Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhadət” filminə baxış

19 sentyabr 2018 | 11:00

   Qaradağ rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən dini radikalizmə qarşı mübarizənin rayonda daha da gücləndirilməsi və bu sahədə gənclərin maarifləndirilməsi məqsədilə 19 sentyabr 2018-ci il tarixdə Qaradağ rayonunun Ələt qəsəbəsindəki 302 № li məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş etdirildi.  Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, YAP Qaradağ Rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusupov, 302 № li məktəbin direktoru Səkinə Rzayeva, müəllimlər və şagirdlər iştirak edirdi.
   Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin önəmini qeyd  edərək belə tədbirlərin daha çox keçirilməsinin vacibliyini bildirdi. Qeyd etdi ki, dini radikalizmə qarşı mübarizə istiqamətində rayon daxilində silsilə tədbirlər keçirilir və bu gün nümayiş olunan “Şəhadət” filmi də həmin tədbirlərin tərkib hissəsidir.
   302 № li məktəbin direktoru Səkinə Rzayeva bildirdi ki, bu gün dünyada İslam və digər dinlərdən məkrli planlar üçün istifadə edən radikal qüvvələr var. O dini radikal qüvvələrin cəmiyyət, xüsusilə də gənclər arasında təbliğatının qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd etdib.
   “Şəhadət” filmi haqqında da qısa məlumat verən YAP Qaradağ Rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusupov iştirakçıların nəzərinə çatdırdı ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub.
    Daha sonra filmə baxış keçirilib və film ətrafında müzakirələr aparıldı.

Keçidlər