Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərə qarşı mübarizəyə qoşul”

03 oktyabr 2018 | 11:00

    03 oktyabr 2018-ci il tarixdə Qızıldaş qəsəbəsindəki 180 № li məktəbdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının təşkilatçılığı ilə “Narkotiklərə qarşı mübarizəyə qoşul” mövzusunda toplantı keçirildi. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi  E.Abbasov, rayon İcra Hakimiyyətinin əməkdaşı S.Şıxəliyeva, rayon Polis İdarəsinin azyaşlılarla profilaktik işin təşkili bölməsinin əməkdaşı polis mayoru A. Şirinova, həmin idarənin narkotiklətlə mübarizə bölməsinin əməliyyat müvəkkili O.Ocaqov, həkim C.Hüseynova, 180 № li məktəbin direktoru A.Cəfərov, müəllim və şagirdlər iştirak edirdi.
   Tədbiri giriş sözü ilə açan rayon komissiyanın üzvü,  rayon Gənclər və İdman İdarəsinin rəisi  E.Abbasov toplantının keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomanlıq və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirdi. O, cari ildə komissiya tərəfindən görülən işlər və aparılan maarifləndirmə tədbirlərindən danışdı. Rayon İcra Hakimiyyətinin təmsilçisi S.Şıxəliyeva çıxış edərək narkomanlığa qarşı mübarizə sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ın icrası ilə bağlı görülməsi vacib oilan işlərdən danışdı. Çıxışçı narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotiklərin doğurduğu faciələrdən söhbət açaraq  narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, təşkilatlar və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında lazımi tövsiyyələr verdi.
   Digər çıxışçılar, həkim C.Hüseynova, rayon Polis İdarəsinin əməkdaşı polis mayoru A. Şirinova, müəllim-psixoloq G.Kazımova yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdı. Həmçinin məktəblilər arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizminə vürduğu zərərli nəticələrə həsr olunmuş profilaktik tədbirlərin keçirilməsində zərurət olduğunu bildirildi və gənclərin kütləvi idman növlərinə cəlb edilməsinin daha böyük səmərə verəcəyindən söhbət açıldı.

Keçidlər