Şriftin ölçüsü :

Saytın rəngi :

01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

29 sentyabr 2018 | 11:00

    01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.
   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik etmiş, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etmişdir.
   Tədbirdə cənab Süleyman Mikayılov Hörmətli Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğıkeşliyini vurğulayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdir.
   Prokurorluq sistemində səmərəli fəaliyyətinə və 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə rayon prokurorluğunun bir neçə əməkdaşı rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı və xatirə hədiyyəsi ilə təltif olunmuşdur.

Keçidlər