Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun ucqar qəsəbələrində yollar asfaltlaşdırılır

13 sentyabr 2018 | 11:00

    Respublikamızda qəsəbə və kənd əraziləri də daxil olmaqla, yolların asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının yenidənqurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri üzrə layihələr uğurla həyata keçirilir.
    Ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur. Bakı-Ələt (Astara) avtomobil magistral yolunun kənarlarında isə yaşıllıq zolaqları salınıb. Görülən işlər nəticəsində rayonun görkəmi müasir standartlara cavab verir.
     Bərbad vəziyyətdə olan qəsəbə və kəndarası yolların yenidən qurulması istiqamətində görülən işlər Qaradağ rayonunda da uğurla davam etdirilir. Əvvəllər keçilməz vəziyyətdə olan Çeyildağ qəsəbə yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir. Rayonun Korgöz qəsəbəsində məktəbə gedən 500 metrlik yol yeni tədris ili ərəfəsində əsaslə şəkildə yenidən qurularaq, asfaltlanıb
    Son vaxtlar Qaradağ rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Rayon ərazisində qəsəbələrarası və qəsəbədaxılı yollar əsaslı şəkildə yenidən qurulur.

 

 

 

 

 

 

Keçidlər