12 avqust - Beynəlxalq gənclər günüdür
10 avqust 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “12 avqust - Beynəlxalq gəncləri günü”nə həsr olunmuş “Azərbaycan gəncliyi beynəlxalq müstəvidə” mövzusunda dəıyirmi masa keçirildi. Dəyirmi masada Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, həmin şöbənin əməkdaşı Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova, YAP Qaradağ Rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov və digər fəal gənclər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq onların rolunu qeyd etdi. Dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı. Qeyd olundu ki, 1998-ci ilin 08-12 avqust tarixlərində Lissabonda gənclər sahələri üzrə nazirlərin görüşü olmuş və həmin dövlət məmurları tərəfindən qarşılıqlı beynəlxalq əməkdaşlıq sahəsində bir sıra razılaşmalar əldə edilmiş, görüşün yekun iclasın keşirildiyi gün, yəni 12 avqust “Beynəlxalq gənclər günü” kimi dünya gənclərinin həyatına daxil olmuşdur. Rayon İcra Hakimiyyətinin təmsilçisi Munis Bayramov Azərbaycan dövlətinin gənclər siyasətini həmişə dövlətin prioritet məsələsi kimi qəbul etdiyini və bu yönümdə həyata keçirdiyi əməli işləri iştirakçıların nəzərinə çatdırdı. Qeyd etdi ki, dövlət gənclər siyasətini məqsədyönlü şəkildə həyata keçirmək və eyni zamanda Azərbaycan gəncinin dünyaya inteqrasiyasını təmin etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Prоqramı” haqqında sərəncamlar imzalanmışdır.
Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova Mərkəzdə yaradılmış müasir şəraitdən istifadə edərək bu imkanlardan yararlanmağı və gənclər tərəfindən hazırlanan layihələrin Mərkəzdə keçirilməsini gənclərə təklif etdi.
Gənclər adından çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov, fəal gənc Afət Hüseynova verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə olkə Başçısı İlham Əliyevə minnərdar olduqlarını söylədilər. Çıxışlarda həmçinin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış gözəl şəraitdən, o cümlədən Qaradağ rayonunda gənclərin istifadəsinə verilmiş Qaradağ Gənclər Evindən danışıldı və gənclər adından rayon rəhbərliyinə təşəkkür edildi.
Tədbirin sonunda Beynəlxalq Gənclər Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc diplomlar və hədiyyələrlə mükafatlandırıldı.