Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və İdman Nazirliyinin yaranmasının 24-cü ildönümü

25 iyul 2018 | 11:00

   25 iyul 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 24-cü ildönümü münasibətilə rayon gənclərinin toplantısı keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi S.Şıxəliyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru H.Xəlilova, Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon komitəsinin sədri N.Eyvazov və rayonun fəal gəncləri iştirak edirdi.
   Dəyirmi masanı giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov açdı. O, 1994-cü il iyul ayının 26-da Ulu Öndər Heydər Əliyevin ölkə gənclərinin vahid tışkilat altında birləşdirmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam imzaladığını, ölkə gənclərinin I və II Forumlarında iştirak edərək proqram xarakterli çıxışlar etdiyini və daha sonra Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi məqsədilə fərman imzaladığını iştirakçıların nəzərinə çatdırdı.
   Rayon İcra Hakimiyyətinin təmsilçisi S.Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru H.Xəlilova Dövlət gənclər siyasətinin, yüksək intellektli gənclərin hazırlanmasının bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük önəm verdiyi sahə olduğunu söylədilər. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” haqqında sərəncamları gəncliyin rifahına hesablanan dövlət qayğısının təzahürü kimi qiymətləndirdilər.
   Gənclər adından çıxış edən Könül Əhmədova Dövlət başçısının digər bir Fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılmasını və həmin fond vasitəsilə gənclər tərəfindən təklif edilən layihələrin maliyyələşdirilməsini diqqətə çatdırdı. Azərbaycanda keçirilmiş irimiqyaslı beynəlxalq idman yarışlarında könüllülər hərəkatının fəaliyyətindən danışaraq gəncləri belə tədbirlərdə daha da yaxından iştirak etməyə səslədi. Qeyd etdi ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Keçidlər