Qaradağ rayonunun təhsil müəssisələrində aparılan quruculuq-abadlıq işləri
Qaradağ rayonun sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2012-ci ildə də saxlanılaraq həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlərin qazanılması ilə müşahidə olmuşdur.
Belə ki, Azərbaycan Respublikası Regionlarının “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Qaradağ rayonunda icrası 2012-ci ildə də uğurla davam etdirilmişdir.
Özünəməxsus ənənələri ilə seçilən Qaradağ rayonunun tarixində, qaradağlıların həyatında son bir neçə illər sonsuz qürur və böyük fərəh hissləri doğuran əlamətdar illər kimi yadda qalacaqdır.
Təhsil müəssisələrində aparılan quruculuq-abadlıq işləri barədə videoçarx
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onun üçün hər zaman doğma olan Qaradağ rayonuna dəfələrlə səfər etmişdir.
Qobustan qəsəbəsində 330 saylı orta məktəbinin, Müşfiqabad qəsəbəsində 67 saylı körpələr evi-uşaq bağçasının, Ələt qəsəbəsində 32 saylı poliklinikanın, açılışlarında iştirak etməyi, Lökbatan qəsəbəsində 139 saylı orta məktəbdə aparılan əsaslı yenidənqurma işləri ilə yerində tanış olmağı ilə rayon əhalisinə hədsiz sevinc bəxş etmişdir.
Cənab Prezident son dövrlərdə Qaradağ rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərini yüksək dəyərləndirmiş və sürətli sosial-iqtisadi inkişafın sayəsində rayonun Azərbaycanın güclü sənaye mərkəzinə çevrildiyini vurğulamışdır.
2011-2012-ci illərdə humanitar sahələrdə dövlət siyasətinin həyata keçirilməsi, rayonun təhsil, səhiyyə, mədəni-maarif müəssisələrinin tikintisi və təmiri ilə bağlı xeyli işlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında təhsil sahəsi üzrə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbin əsaslı təmiri və 16 əlavə sinif otağının tikintisi, Ümid qəsəbəsindəki 294 nömrəli orta məktəb üçün 10 əlavə sinif otağının tikintisi, Ələt qəsəbəsindəki 110 nömrəli ümumtəhsil məktəbi binasının əsaslı təmiri, Qobustan qəsəbəsindəki 195 nömrəli məktəbdə bərpa-gücləndirmə və təmir işləri, Sahil qəsəbəsindəki 15, Müşfiqabad qəsəbəsindəki 67 və Səngəçal qəsəbəsindəki 299 nömrəli körpələr evi-uşaq bağçalarının əsaslı təmiri başa çatmışdır.
Sahil qəsəbəsindəki 16 nömrəli Peşə Liseyi əsaslı təmir olunaraq avadanlıqlarla təchiz olunmuşdur. 2012-ci ildə Puta qəsəbəsindəki 184, Sahil qəsəbəsindəki 228, Ələt qəsəbəsindəki 302 və 127 nömrəli məktəblərin, Ələt qəsəbəsindəki 204 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmiri, Səngəçal qəsəbəsində yerləşən 222 nömrəli məktəb üçün 20 sinif otağından ibarət əlavə tədris korpusunun və Qobustan qəsəbəsində 800 şagird yerlik 330 nömrəli yeni məktəb binasının inşası başa çatmış və yeni tədris ilində şagirdlərin ixtiyarına verilmişdir.
Dövlət Proqramına uyğun olaraq Ələt qəsəbəsindəki 14 nömrəli Peşə məktəbi və 300 nömrəli körpələr-evi uşaq bağçası üçün yeni binaların tikinti başa çatmış, istifadəyə tam hazır vəziyyətdədir.
Puta qəsəbəsindəki 326 nömrəli körpələr-evi uşaq bağçası, Lökbatan qəsəbəsindəki 7 nömrəli Peşə məktəbi üçün yeni binaların və Müşfiqabad qəsəbəsindəki 274 nömrəli məktəb üçün 20 əlavə sinif otağından ibarət yeni korpusun tikintisi davam etdirilir.