Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılovuvn sədirliyi ilə əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və qarşıda duran vəzifələrlə bağlı rayon İcra hakimiyyətində müşavirə keçirilmişdir.

19 iyul 2018 | 11:00

    19 iyul 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılovuvn sədirliyi ilə əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və qarşıda duran vəzifələrlə bağlı rayon İcra hakimiyyətində müşavirə keçirilmişdir.
    Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati dairələri üzrə nümayəndələri, qəsəbə bələdiyyə sədrləri, Qaradağ Rayon Polis İdarəsinin rəis müavini, Qaradağ Rayon Yaşıllaşdırma Sahəsinin, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi, Mənzil İstismar Sahələrinin rəisləri və rayon təsərrüfat rəhbərləri iştirak etmişdir. Muşavirədə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək mənzil kommunal istismar sahələri tərəfindən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılmasını qeyd edərək, çoxmərtəbəli binaların giriş hissələrinin və işıqlandırma sisteminin təmir olunması, məişət tullantıların atılması üçün konteynerlərin sayının artırılması ilə bağlı müvafiq göstərişlər verilmişdir. Bununla yanaşı rayon ərazisində qəsəbədaxili yollara asfalt örtüyünün vurulması və çoxmərtəbəli binaların dam örtüklərinin təmiri ilə bağlı Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə tapşırıq verilmişdir.  Qaradağ rayonunun bütün inzibati ərazisində olan yaşıllıqlara quluq edilməsi, yeni yaşıllıq sahələrinin salınması və təmizlənməsi ilə bağlı Qaradağ Rayon Yaşıllaşdırma Sahəsinə tapşırıqlar verilmişdir. Daha sonra qəsəbə inzibati dairələri üzrə nümayəndələrinə qəsəbələrdə təmizlik işlərinin aparılması, abad məhəllələrin salınması, əhalinin asudə vaxtının səmərəli təşkili üçün Qızıldaş, Korgöz və Ələt qəsəbələrində istirahət parklarının yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda rayon ərazisində qanunsuz tiklilərin qarşısının alınması, küçə ticarətinin, qanunsuz ət kəsimi yerlərinin ləğv edilməsi ilə bağlı müvafiq işlərin davam etdirilməsini tapşırılmışdır.
   Verilmiş tapşırıqların icrası nəzarətə götürülmüş, məsul şəxslər tərəfindən mütəmadi olaraq  görülmüş işlər haqqında məlumatların verilməsi tapşırılmışdır.

Keçidlər