Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi
Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 08 iyul 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı сənab Süleyman Mikayılov Şura iclasını açaraq, iclasın gündəliyini elan etmiş və giriş nitqi ilə çıxış etmişdir.
Hesabat məruzəsi ilə çıxış edən başçı cənab Süleyman Mikayılov 2018-ci ilin birinci yarımilində ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanıldığını, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektorunun 2 faiz, kənd təsərrüfatının 7,6 faiz, xüsusən də bitkiçiliyin 14 faizdən çox artdığını qeyd etmişdir. Eyni zamanda rayonun sosial-iqtisadi, ictimai-siyasi, abadlıq-quruculuq sahəsində də görülən işlərin qənaətbəxş olduğunu qeyd etmiş və sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsi istiqamətində öz tapşırıqlarını vermişdir.
Sonra Hesabat məruzəsi ətrafında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Səbuhi Zeynalov, Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfi Ağayev çıxış etmişlər.
Müzakirələrə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yekun vurmuşdur.