Şriftin ölçüsü :

Saytın rəngi :

“Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün qəza və fövqəladə hallara hazırlıq” istiqamətində maarifləndirici tədbir

05 iyul 2018 | 11:00

   05 iyul 2018-ci il tarixdə Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün qəza və fövqəladə hallara hazırlıq istiqamətində marifləndirici tədbirlərin təşkili”   mövzusunda  tədbir keçirildi.
  Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi  E.Abbasov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının təlimatçısı Şahin Zülfüqarov, Könüllülər Kitabxana İctimai Birliyinin sədri Niyaz Eyvazov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova və rayon gəncləri iştirak edirdi.
   Təlim zamanı gənclərə baş vermiş qəza və fövqəladə hallar haqqında ətraflı məlumatlar verildi.                                                
  Sonda mövzu ətrafında müzakirələr aparıldı və iştirakçılara maarifləndirici çap materialları təqdim edildi.

 

Keçidlər