Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Ordunun yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Nə, Harada, Nə zaman” intellektual oyunu

22 iyun 2018 | 11:00

   22 iyun 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Qaradağ rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun, Hərbi Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinin hərbi qulluqçularından ibarət komandalar arasında “Nə, Harada, Nə zaman” intellektual oyunu keçirildi.
  Tədbirin açılış mərasimində çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova hərbi qulluqçuları Silahlı Qüvvələr günü münsibətilə və eyni zamanda Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə təbrik edərək onlara gördükləri şərəfli işdə uğurlar arzuladı. Qeyd ulundu ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi və yüksək təşkilatçılığı sayəsində yaradılan Milli ordu qısa zaman kəsiyində regionun ən güclü nizami ordusuna çevrildi. Varislik prinsipinə sadiq qalan Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Ordusunun yarandığı günü-26 iyun tarixini Azərbaycanın Silahlı Qüvvələr günü kimi qeyd olunması haqqında müvafiq sərəncam imzaladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin artıq sülhməramlı kimi beynəlxalq əməliyyatlarda iştirak etdiyi iştirakçıların nəzərinə çatdırıldı.
  Açılış mərasimindən sonra münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah olundu və “Nə, Harada, Nə zaman” intellektual oyununa start verildi. Üç turdan ibarət böyük maraqla keçən oyunun ümumi yekun nəticələrinə əsasən “Dəniz” komandası I yerə, “Sahil” komandası II yerə, “Sülhməramlılar” komandası III yerə sahib oldular.  Sonda I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırıldılar

Keçidlər