Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə əsgərlərlə görüş keçirildi

25 iyun 2018 | 11:00

   26 iyun 2018-ci il tarixində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən hərbi hospitalda Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə zabit və əsgərlərlə görüş keçirilmişdir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Ələt qəsəbə nümayəndəsi Eldar İbrahimov, zabitlər, hərbi hospitalın həkimləri, əsgərlər iştirak etmişdir.
       Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova ilk öncə hər kəsi rayon rəhbərliyinin adından salamlayaraq bütün zabit və əsgər heyətini Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə təbrik etdi. O, ölkəmizin hərb tarixindən danışaraq qeyd etdi ki, tarixən xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bu gün də yaşamaqdadır. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun yüksək peşəkarlıqla həyata keçirilməsi idi. 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi.  Bu gün Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir.
Tədbir çərçivəsində nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu fəxri fərmanla təltif olundular. Tədbir rayonun mədəniyyət evlərinin musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam etdi.
        Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən hərbi hospitala  bayram hədiyyələri təqdim olundu.

Keçidlər