Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

23 iyun 2018 | 11:00

22 iyun 2018-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialı Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə  Rayon İcra Hakimiyyətinin Başçısının muavini  Təranə İsmayılova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin  sədr müavini  Ariz Məmmədov, Azərbaycan Respublikasının  Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Qaradağ  rayon idarəsinin əməkdaşları,  müharibə əlilləri və veteranları iştirak etmişlər.
       Tədbirdə QMƏVŞAİB Qaradağ rayon filialının sədri Heydərov  Maqsud   çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi münasibətilə tədbir iştirakçılarını,   eləcə də Vətənin müdafiəsində igidlik və mətinliklə dayanan bütün hərbi qulluqçuları təbrik etdi. O bildirdi ki,  Milli Ordumuz bu gün özünün gücü, qüdrəti ilə dünyaya səs salır. Bu, hər bir vətənpərvər insanda qürur, fəxarət hissi yaradır. Azərbaycan Silahlı Qüvvələri yarandığı gündən bu günə kimi şərəfli və keşməkeşli yol keçməklə  dünyanın sayılıb-seçilən ordularından biridir. O, çıxışında il ərzində rayon ərazisində yerləşən məktəblərdə və hərbi hissələrdə, eləcə də, cəbhə boyu yerləşən hərbi hissələrdə keçirilən görüşlər haqqında məlumat verdi.
    İcra Hakimiyyətinin başçısının müavini  Təranə İsmayılova, Azərbaycan QMƏVŞAİB sədr müavini Ariz Məmmədov, müharibə əlili Həsrət Almasov çıxış edərək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sayəsində görülən işlərdən danışdılar. Çıxışlarda  Azərbaycanda ordu quruculuğu sahəsində görülən böyük işlər, müharibə statuslu insanlara göstərilən diqqət və qayğı xüsusi qeyd edildi.
  Tədbirin sonunda ictimai birliyin tədbirlərində fəal iştirak edənlərə  “Vətən Naminə” və "Vətənpərvərlik işində xitmətlərinə görə" medalları, “Fəxri fərman”lar  təqdim olundu.

Keçidlər