Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun - BMT-nin narkotiklərlə beynəlxalq mübarizə günü”nə həsr olunmuş dəyirmi masa

21 iyun 2018 | 11:00

   21 iyun 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində “26 iyun - BMT-nin narkotiklərlə beynəlxalq mübarizə günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.
   Dəyirmi masada  Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə  üzrə” Qaradağ rayon komissiyasının sədri E.Abbasov, Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə” Dövlət Komissiyasının İşçi qrupunun məsul əməkdaşı E.Sadıqov, rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov, Bakı Narkoloji Diapanserin həkim-narkoloqu V. Əliyeva, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktik işlər üzrə tərbiyə bölməsinin rəisi A.Qurbanov, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları, tibb işçiləri (ştata uyğun) və gənclər iştirak edirdi.
  Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov BMT-nin hər il bu günü qeyd etməklə dünya ictimaiyyətinin diqqətini narkotiklərin yaratdığı problemlərə cəlb olunmasını diqqətə çatdıraraq narkomanlığa qarşı mübarizəni kütləvi surətdə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2013-18-ci illər üçün Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası”nın yaradılmasını, keçirilən dəyirmi masanın həmin komissiyanın tədbirlər planının tərkib hissəsi olduğunu qeyd etdi. Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov  son altı ayda komissiya tərəfindən görülmüş işlər barədə iştirakçılara məlumat verdi.
   Həkim-narkoloq V.Əliyeva yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdı. Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktik işlər üzrə tərbiyə bölməsinin rəisi A.Qurbanov narkotiklərlə əlaqədar törədilmiş cinayət hadisələri, narkotik vasitələrin saxlanması, məhv olunaraq dövriyyədən çıxarılması barədə geniş məlumat verdi. Çıxış edən digər şəxslər belə qəbildən olan maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığını söyləyərək müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər.
   Çıxışlar edildikdən, eləcə də, məsləhət və tövsiyyələr dinlənildikdən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və tədbir diskussiya formasında davam etmişdir.
   Bununlada “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə  üzrə” Qaradağ rayon komissiyasının tədbiri öz işini yekunlaşdırmışdır.
   Tədbirin sonunda iştirakçılara narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə əyani vəsaitlər,  broşürlər paylandı.

Keçidlər