Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş möhtəşəm konsert keçirildi.

14 iyun 2018 | 11:00

     14 iyun 2018-ci il tarixində Ə.Əmirov adına Mədəniyyət Sarayında 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş möhtəşəm konsert keçirildi.
     Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və rayon sakinləri iştirak edirdilər.
    Konsertdə respublikanın tanınmış aşıqları Aşıq Samirənin və Aşıq Əlinin çıxışları tamaşaçılara xoş ovqat bəxş etdi. Daha sonra rayonda fəaliyyət göstərən bütün mədəniyyət və musiqi məktəbi kollektivlərinin nümunəvi çıxışları nümayiş olundu.
      Konsert proqramı möhtəşəm atəşfəşanlıqla çaşa çatdı.

Keçidlər