Şriftin ölçüsü :

Saytın rəngi :

Milli qurtuluş günü – Dövlət müstəqilliyinin başlanğıcı

12 iyun 2018 | 11:00

   12 iyun 2018-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən Hərbi Dəniz Qüvvlərinin “N” saylı hərbi hissəsində “15 iyun – Milli Qurtuluş günü” münasibətilə hərbi hissənin şəxsi heyətindən ibarət komandalar arasında Breyn-rinq intellektual oyunu keçirildi. Tədbir Azərbaycan  Dövlət Himninin oxunması ilə başlandı.
  Tədbirdə iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov müstəqil Azərbaycanın qurulmasında dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, müdrik siyasəti barədə danışdı, onun tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qorunması istiqamətində atdığı addımlardan söhbət açdı. Qeyd olundu ki, məhz Qurtuluş günündən sonra başlanan yol Azərbaycanın inkişaf və tərəqqisini təmin etdi. Nəzərə çatdırıldı ki, Ulu Öndərin adı ilə bağlı tarixi günlərin yüksək səviyyədə keçirilməsi məqsədilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən rayon üzrə ənənəvi olaraq silsilə tədbirlər keçirilir və hərbi qulluqçuların Heydər Əliyev irsinin öyrənilməsində önəmli rolu olan bugünki bilik yarışı da həmin tədbirlərin tərkib hissəsidir.
   Bilik yarışının qayda və şərtləri izah olunduqdan sonra yarışa start verildi.
   Sualların əksəriyyəti Azərbaycanın son 50 ilini əhatə edən Ümummilli Lider  Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı qoyulmuşdu.
   Üç mərhlədə keçən yarışın ümumi yekun nəticəsinə əsasən I yerə Sahil komandası, II yerə Dəniz komandası, III yerə Şahinlər komandası layiq görüldü. Qaliblər fəxri fərmanlar, medallarla təltif edildi.

Keçidlər