“1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü”
31 may 2018-ci il tarixdə “1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə uşaqlar üçün bayram şənliyi keçirildi. Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Uşaq Gənclər-İnkişaf Mərkəzinin direktoru Elvira Mirzəyeva iştirak edirdi.
Tədbir uşaqların rəsm, bədii tikmə, opplekasiya dekorativ rəsm və kağız əl işləri sərgisinin nümayişi ilə başlandı. Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi E. Abbasov çıxış edərək bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onların yaradıcılıq potensialının üzə çıxarılması üçün yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Umummilli Lider Heydər Əliyev bu sahəyə həmişə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə silsilə tədbirlər həyata keçirmiş, müxtəlif beynəlxalq konvensiyalara qoşularaq uşaq hüquqlarının qorunması istiqamətində müvafiq fərman və sərəncamlar imzalamışdır. Söylənildi ki, bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilərək artıq milli strategiya kimi formalaşmışdır. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. Heydər Əliyev Fondunun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu xüsusilə vurğulandı.
Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlamış konsert proqramı və uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə tədbir davam etdirildi. Uşaqların ifa etdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.
Tədbirin sonunda uşaqlara fəxri fərmanlar təqdim olundu.