Şriftin ölçüsü :

Saytın rəngi :

“Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları ilə görüş

01 iyun 2018 | 11:00

    “1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə 01 iyun 2018-ci il tarixdə “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları ilə görüş keçirildi.
    Görüşdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Hüseynov,  Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Frederik Quimbal, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, iştirak edirdi.
     Tədbirdə çıxış  edən millət vəkili Aydın Hüseynov ölkəmizdə uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğının, onların yaradıcılıq potensialının üzə çıxarılması, cəmiyyətə inteqrasiyaları üçün şəraitin yaradılmasının dövlət siyasətinin ən vacib məsələlərindən biri olduğunu vurğuladı. Qeyd olundu ki, bu sahə həmişə Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuş, uşaq və yeniyetmələrin fiziki, mənəvi cəhətdən sağlam və bilikli böyümələri üçün kompleks tədbirlər həyata keçirmiş, uşaq hüquqlarının qorunması ilə bağlı müxtəlif  beynəlxalq konvensiyalara qoşulmuşdur. Təməli Ümummilli Lider tərəfindən qoyulmuş bu xeyirxah missiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən natiq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı üçün həyata keçirilən irimiqyaslı layihələrdən söz açdı. 
   Daha sonra tədbir uşaqların maraqlı səhnəcikləri, şeir söyləmələri, mahnı oxumaları və rəqsləri ilə davam etdirildi. Sonda “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin hər uşağına Gənclər və İdman Nazirliyi tərəfindən hədiyyələr verildi.

Keçidlər