Mikayıl Müşfiq – 110
30 may 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illərin repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirildi.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Respublika Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon komitəsinin sədri Niyaz Eyvazov iştirak edirdi.
Tədbirdə giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi çıxış etdi. Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 may 2018-ci il tarixli sərəncamı diqqətə çatdırıldı. Şairin ədəbiyyatımıza verdiyi töhfələrdən, onun yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğundan söhbət açıldı.
Şeir müsabiqəsinin qayda və şərtləri izah olunduqdan sonra müsabiqəyə start verildi. Şagirdlər böyük ruh yüksəkliyi ilə Mikayıl Müşfiqin şeirlərini söylədilər.
Şeir müsabiqəsinin münsiflər heyətlərinin qiymətləndirməsi əsasında yekun protokolu tərtib olundu və qaliblər müəyyən edildi. 233 № li məktəbin X sinif şagirdi Yəhyayev Bəhruz I yerə, 233 № li məktəbin X sinif şagirdi Feyziyeva Şəbnəm II yerə və 166 № li məktəbin VIII sinif şagirdi Xəlilov Məhəmməd III yerə layiq görüldü. Müsabiqənin qalibinə 06 iyun tarixində Muğam Mərkəzində keçiriləcək “Müşfiq yaradıclıq gecəsi”nə dəvətnamə verildi.