Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub

30 dekabr 2012 | 11:00

29 dekabr 2012-ci il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən “Qaradağ” şadlıq evində bayram tədbiri keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tədbirdə iştirak edənləri və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etmişdir.
Bir neçə gündən sonra vidalaşacağımız 2012-ci ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu qeyd etmişdir. Respublikamızın bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atdığını xüsusilə nəzərə çatdırmışdır. Ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişafın, aparılan quruculuq və abadlıq işlərinin Qaradağ rayonunda da yüksələn templə davam etdiyini vurğulamışdır.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Milli Məclisin deputatı Mixail Zabelin tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən şəxslərə fəxri fərmanlar və dəyərli hədiyyələr təqdim edilmişdir.
Tədbir tanınmış musiqi ifaçılarının çıxışları ilə davam etmişdir.
 

Keçidlər