Şriftin ölçüsü :

Saytın rəngi :

Cəzaçəkmə müəssisəsində şahmat və dama turniri

23 may 2018 | 11:00

   Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı Qaradağ rayonunda yubiley tədbirləri həyata keçirilməkdədir. Belə tədbirlərdən biri də 23 may 2018-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində məhkum həyatı keçirən şəxslər arasında keçirilən şahmat və dama idman növləri üzrə turnirlər oldu.
   Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi T.Məhərrəmov, yarışın baş hakimi qismində 233 № li məktəbin fiziki tərbiyə müəllimi R.Abbasov iştirak edirdi.
   Turnirin keçirimə məqsədini və vəzifələrini iştirakçıların nəzərinə çatdıran T.Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı rayonda keçirilməkdə olan tədbirlərdən danışdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə cari təqvim ili Cümhuriyyət ili kimi elan olunmuşdur. Bu səbəbdən də yubileylə bağlı tədbirlər təqvim ilinin sonuna kimi keçiriləcəkdir.
   Yarışın əsasnaməsinə uyğun şərtlər və qaydalar baş hakim tərəfindən izah olunduqdan sonra turnirə start verildi. Yarışda hər iki idman növü üzrə 62 nəfər iştirak etdi. Sonda qaliblər idarə tərəfindən müvafiq dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər