Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü”nə həsr olunmuş “Nə, Harada, Nə zaman” intellektual oyunu

27 may 2018 | 11:00

   Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə 27 may 2018-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən hərbi hissənin əsgərlərindən ibarət komandalar arasında “Nə, Harada, Nə zaman” intellektual oyunu keçirildi.
  Tədbir hərbi qulluqçuların Azərbaycan Respuyblikasının Dövlət Himnini oxumaları ilə başladı.
  Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin  rəisi Elçin Abbasov 28 may 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olduğunu qeyd etdi. Dövlət başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncam imzaladığı və bu sərəncamın dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğu  bildirildi.          Söylənildi ki, yubiley tədbirləri ilə əlaqədar Qaradağ rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq edilmiş və keçirilən intellektual oyun da həmin tədbirlər planının tərkib hissəsidir.
 Açılış mərasimindən sonra münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah olundu və “Nə, Harada, Nə zaman” intellektual oyununa start verildi. Üç turdan ibarət olan və Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünə aid suallara verilən cavabların ümumi yekun nəticələrinə əsasən “Sülhməramlılar” komandası I yerə, “Rabitəçilər” komandası II yerə, “Mühafizəçilər” komandası III yerə sahib oldular.  Sonda I,II,III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırıldılar.

Keçidlər