Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Mayın 26-da Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Cəmil Niftəliyev adına 233 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Baki şəhəri üzrə şöbəsinin müdir müavini Sadiq Qinyazlı, şöbənin əməkdaşı Nuru İmanov, məktəbin direktoru Gülər Bəbirova, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan direktor G.Bəbirova çətin və mürəkkəb şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli tarixi yoldan danışıb.
Qaradağ rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Y.Nəsibov öz çıxışında ölkə başçısı cənab İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini AXC qurucularının fəaliyyətinə verilən yüksək dəyər kimi qiymətləndirib.
DQİDK-nın Baki şəhəri üzrə şöbəsinin müdir müavini S.Qinyazlı Azərbaycan Xalq Cümhuriyyət dövründə dövlət quruculuğu sahəsində görülən işlər, o cümlədən dövlət-din münasibətləri haqqında məlumat verib.
DQİDK-nın Baki şəhəri üzrə şöbəsinin əməkdaşı N.İmanov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın zənginlik dövlətçilk tarixində mühüm əlamətdar hadisə olduğunu, o dövrdə demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının təmin edilməsinin AXC-nin nümunəvi respublika kimi taninmasında əsas rol oynadığını vurğulayıb.
Tədbirin sonunda məktəbin şagirdləri şeir və mahnılarla çıxış edib.