Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz Heydər Əliyev irsini öyrənirik”

09 may 2018 | 11:00

    09 may 2018-ci il tarixdə Səngəçal qəsəbəsində yerləşən FHN Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar hərbi hissənin şəxsi heyəti arasında “Breyn-rinq”intellektual oyunu üzrə bilik yarışı keçirildi.
  Tədbirdə iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İ.Qasımov söyədi ki, görkəmli siyasi xadimi Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının sərancamı ilə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq silsilə xarakterli tədbirlər keçirilir və bugünki tədbir də həmin tədbirlər planının tərkib hissəsidir. O qeyd etdi ki, Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Heydər Əliyein vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa  bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülməli, ulu öndərin irsi gənclər tərəfindən öyrənilməli və təbliğ edilməlidir. Bu məqsədlə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş bilik yarışı müstəsna əhəmiyyətə malikdir.
  Bilik yarışının qayda və şərtləri izah olunduqdan sonra yarışa start verildi. Üç mərhlədə keçən yarışın ümumi yekun nəticəsinə əsasən “Rabitəçi” tağımı I yerə, “Xilasedicilər” tağımı II yerə və “Qəza xidməti” tağımı III yerə görüldü. Qaliblər fəxri fərmanlar, medallarla təltif edildi.

Keçidlər