Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbirlər silsiləsindən növbəti tədbirini keçirilmişdir.

27 aprel 2018 | 11:00

   Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin  Qaradağ rayon filialı 27 aprel 2018-ci il tarixdə  Elxan Həsənov adına 139 saylı tam orta məktəbdə Azərbaycan Xalq  Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbirlər silsiləsindən növbəti tədbirini keçirilmişdir.
   Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqiqəlik sükutla yad edilmişdir.
   Azərbaycan  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının  sədri Maqsud Heydərov çıxış edərək Azərbaycan Ordusunun dövlət müstəqilliyimizin ən dəyərli töhvələrində biri olduğunu qeyd etmiş, Milli ordu quruculuğunda görülən işlər sayəsində ordumuzun dünyanın ən güclü 50 ordusu sətasına daxil olduğunu bildirmişdir.
   Tədbirdə iştirak edən müharibə veteranları keçdikləri döyüş yolları haqqında xatirələrini məktəblilərlə bölüşmüşlər. Şəhid Elxan Həsənovun anası Zeynəb xanıma İctimai Birlik tərəfindən qiymətli hədiyyə təqdim edilmişdir. 
   Tədbirdə məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzulu ədəbi kompozisiyalar nümayiş etdirilmiş və fəal şagirdlərə “Fəxri Fərman”lar təqdim olunmuşdur.

 

Keçidlər