Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayon gənclər evində dini durumun öyrənilməsi məqsədi ilə növbəti maarifləndirici tədbir keçirilmişdir.

01 may 2018 | 11:00

      Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayon gənclər evində dini durumun öyrənilməsi məqsədi ilə növbəti maarifləndirici tədbir keçirilmişdir.
    Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Sadiq Qinyazov və şöbənin əməkdaşı Aslan Sultanov, Qaradağ RİH başçısının ictimai siyasi məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, QMİ – nin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Əhmədov Faiq, icma sədrləri, imamlar və gənc nəslin nümayəndələri iştirak ediblər.
   Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov rayon ərazisində dini durumun sabit saxlanılması məqsədilə keçirilmiş tədbirlərdən, dini  radikalizm və ekstremizmin qarşısının alınması istiqamətində görülən işlərdən söz açdı.
      Daha sonra çıxış edən Yusif Nəsibov Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və milli-mənəvi dəyərlərimizlə vəhdətdə olduğunu diqqətə çatdırdı.
      Sonda icma sədrləri və imamlar rayonda kənar qüvvələrin dini duruma müdaxiləsinin qarşısının alınması istiqamətində öz fəaliyyətlərini hər zaman davam etdirəcəklərini bildirdilər.

 

Keçidlər