Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Gəncləri Narkotiklər əleyhinə” mövzusunda tədbir keçirilmişdir.

26 dekabr 2012 | 11:00

25 dekabr 2012-ci il tarixdə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 288 nömrəli tam orta məktəbdə “Azərbaycan Gəncləri Narkotiklər əleyhinə” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun baş referenti Şahin İsmayılov, 19 saylı Bakı Şəhər Xəstəxanasının həkimi Elvin Məmmədov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov və rayon ictimaiyyəti iştirak etmişdir.

Tədbirdə ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirlərinin görülməsi vacibliyinin ön plana çıxdığını, problemə münasibətdə yeni mərhələnin başlandığını qeyd etmişdir. Məhz Respublikamızda narkotizmlə və narkobizneslə mübarizənin əsasını ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın üzvü, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov rayon komissiyasının gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra çıxış edən tədbir iştirakçıları müasir dünyada cəmiyyəti narahat edən problemlərin içərisində ən mürəkkəbinin, faciəvi nəticələrə gətirib çıxaranının narkomaniya və narkobiznesin olduğunu vurğulayaraq gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmağa doğru getdiyini bildirmişlər. Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin (KİV), hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısını ala biləcəyi nəzərə çatdırılmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.
 

Keçidlər