Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialı 05 aprel 2018-ci il tarixdə Səxavət Məhərrəmov adına 106 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbirlər silsiləsindən növbəti tədbirini keçirilmişdir.
Tədbirdə QMƏVŞAİB Qaradağ rayon filialının sədri Maqsud Heydərov çıxış edərək Xalq Cumhuriyyəti və Milli Ordunun yaranmasının beynəlxalq aləmdə əhəmiyyətini qeyd etmiş və keçirilən tədbirin
Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş mərhum müharibə əlili Məmmədov Mehman Xanoğlan oğlunun həyat və fəaliyyətinə həsr olunduğunu bildirmişdir.
Sonra M,Məmmədovun həyat yolunu əks etdirən foto-slayd nümayiş etdirilmişdir..
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova Cumhuriyyətin şərəfli tarixindən danışmış, Vətən uğrunda qəhrəmanlıq göstərənlərə daim dövlətin qayğı göstərdiyini qeyd etmişdir. Mehmanın komandiri olmuş hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov, döyüş yoldaşlari və dostları onun qəhrəmanlıq yolundan xatirələr danışmışlar.
2016-cı ilin aprel döyüşlərinin iştirakçısı II qrup müharibə əlili Həsrət Almasov ordumuzun qüdrətindən danışmış, Ordumuzun düşmənin istənilən təxribatının qarşısının alınmasına və torpaqlarimizın azad edilməsinə tam qadir olduğunu bildirmişdir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək , Mehman Məmmədovun həyat yolunun gənc nəslə örnək olduğunu bildirmiş, hərbi-vətənpərvərlik işində səmərəli fəaliyyətinə görə təltif olunduğu "Vətən naminə" medalını mərhumun oğlu , məktəbin 6-cı sinif şagirdi Nurlana təqdim etmişdir. Nurlan atasının şərəfli həyat yolu ilə fəxr etdiyini qeyd edərək onun yolunun davamçısı olacağını qeyd etmişdir.
Bakı Baş Təhsil İdarəsinin məsul işçisi Mürsəl Qurbanov, məktəbin direktoru Təranə Qasımova keçirilən tədbirin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində böyuk rolunu qeyd etmiş, keşirilən tədbirə görə QMƏVŞA İB rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Tədbir boyu məktəblilərin hazırladığı hərbi-vətənpərvərlik mövzulu ədəbi kompozisiya və şeirlər səslənmişdir.