Şriftin ölçüsü :

Saytın rəngi :

şahmat üzrə rayon turniri keçirildi

26 mart 2018 | 11:00

Novruz bayramı münasibətilə 20-26 mart tarixlərdə Uşaq Gənclər İdman Məktəbində rayon məktəblilərinin oğlan və qızlardan ibarət komandaları arasında şahmat üzrə rayon turniri keçirildi.
Turnirin keçirilməsində əsas məqsəd Novruz bayramının qeyd edilməsi, uşaq və yeniyetmələr arasında şahmat idman növünün təbliğ edilməsi, onların asudə vaxtının səmərəli təşkil edilməsi olmuşdur.
Turnirə 20 mart tarixində start verildi.
Açılış mərasimində Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov çıxış edərək qeyd etdi ki, şahmat idman növünün ölkəmizdə daha geniş vüsət almasını təmin etmək, güclü şahmatçıların yetişməsinə nail olmaq dövlətimizin həmişə diqqət mərkəzində olmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində və regionlarda şahmat məktəbləri açılaraq gənclərin ixtiyarına verilmişdir. Bu məqsədyönlü yol bu gün milli idmanımızın hamisi, Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməkdədir.
Turnirdə rayon üzrə ümumilikdə 264 nəfər şahmatçı mübarizə aparırdı. Yarışda göstərilən nəticələrə əsasən qalib yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif edildilər.

Keçidlər