Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəmanlarımızı tanıyaq və tanıdaq

13 mart 2018 | 11:00

13 mart 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kompaniyası çərçivəsində Qaradağ rayonu gəncləri ilə konfrans keçirildi.
  Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının proqram meneceri Samir Mehrəliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Mətbuat Xidmətinin rəhbəri İlkin Mustafayev, Azərbaycanın Milli Qəhrəmanları İntiqam Ağakişiyev və Vahid Quliyev, Aprel döyüşlərinin iştirakçıları Rüfət Həsənov və Natiq Mehdiyev iştirak edirdilər.
Konfransdan əvvəl tədbir iştirakşıları Mərkəzin foyesində qoyulmuş Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumatları əks etdirən stendlə və vətənpərvərlik mövzusunda yazıymış kitablarla tanış oldular.
Daha sonra tədbir öz işini Mərkəzin konfrans zalında davam etdirdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyinin qorunması uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva çıxış edərək   bildirdilər ki, layihənin əsas məqsədi, ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır. 
  Qeyd olundu ki, layihə çərçivəsində keçirilən tədbirin  əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.
Çıxış edən Milli Qəhrəmanlar və Aprel döyüşlərinin iştirakçıları keçdikləri döyüş yolundan, Azərbaycan Ordusunun qüdrətindən, ordudakı ruh yüksəkliyindən və əsgərlərimizin işğal altında olan ərazilərimizi azad etməyə hər an hazır olduqlarından söhbət açdılar.
Tədbirin sonunda gəncləri maraqlandıran suallara cavablar verildi.

Keçidlər