Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə prezidentinin tapşırığına uyğun olaraq Qaradağ rayonunda da tibbi müayinə uğurla davam etdirilir

01 mart 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpası, onların ən müasir avadanlıqlarla təchiz olunması, vətəndaşların dərman vasitələri ilə təminatı və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinə başlanıb. Dövlət başçısının humanistliyindən irəli gələn bu aksiya əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması baxımından olduqca əhəmiyyətlidir. Humanitar aksiyanın mütəşəkkilliyini təmin etmək üçün Qaradağ Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılmışdır. Həmçinin xüsusi tədbirlər planı hazırlanmış, qrafik tərtib edilmişdir. Bu günədək rayondakı tibb müəssisələrində 6 mindən artıq rayon sakini ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunaraq sağlamlıqları haqqında məlumat əldə etmişdir. Müayinə olunmuş sakinlərdən 901-i ambulator, 72-si stasionar müalicəyə cəlb edilmiş, 82 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Eyni zamanda səhiyyə müəssisələrinin həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər. Rayon İcra hakimiyyətində əhalinin tibbi müayinədən keçirilməsi zamanı yarana biləcək neqativ halların aradan qaldırılması üçün “Qaynar xətt” telefon əlaqə nömrəsi yaradılmışdır. Müayinə olunan hər kəs bu aksiyadan razı qaldıqlarını və göstərilən qayğıya görə ölkə başçısına minnətdarlığını bildirmişlər.
Hazırda rayonda tibbi müayinələr uğurla davam edir.

Keçidlər