Ümid qəsəbəsində səyyar görüş
16 fevral 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 150-dən çox qəsəbədə sakinləri iştirak etmişdir.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışmışlar. Bildirmişlər ki, qarşıda gələn 11 aprel Prezident seçkilərində qəsəbə sakinləri fəal iştirak edəcək və Azərbaycan xalqının layiqli övladı İlham Əliyevə səs verəcəkdir.
Yüksək əhval ruhiyyə ilə qəbulda iştirak edən sakinlər aktiv sosial mövqe bildirməklə yanaşı, qəsəbənin problemlərindən də danışmışlar. Belə ki, qəsəbə sakinlərindən 10 nəfəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfindən fərdi qaydada dinlənilmiş, onların narahat edən problemləri dinlənildikdən sonra problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.