Rayon gənclərinin iştirakı ilə “Ordumuz qürurumuzdur” mövzusunda dəyirmi masa
09 fevral 2018-ci il tarixdə Qaradağ Gənclər Evində “Ordumuz qürurumuzdur” mövzusunda rayon gəncləri ilə dəyirmi masa keçirildi. Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbsov, Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İictimai Birliyinin üzvü Novruz Quliyev, Qaradağ Gənclər evinin direktoru Səbuhi Dadaşzadə, 112 saylı hərbi hissənin baş leytinantı Ağazadə Ağa və digər qonaqlar iştirak edirdi. Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Bildirdi ki, Milli Ordumuz bu gün özünün gücü, qüdrəti ilə dünyaya səs salır. Bu, hər bir vətənpərvər insanda qürur, fəxarət hissi yaradır. Azərbaycan Silahlı Qüvvələri yarandığı gündən bu günə kimi şərəfli və keşməkeşli yol keçməklə dünyanın sayılıb-seçilən ordularından biridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sayəsində görülən işlərdən danışdı. Qarabağ Müharibəsində sağlamlığını itirmiş Novruz Quliyev Azərbaycanda ordu quruculuğu sahəsində görülən böyük işlərdən, müharibə statuslu insanlara göstərilən xüsusi diqqət və qayğının olduğunu bildirdi. 112 saylı hərbi hissənin baş leytinantı Ağazadə Ağa qeyd etdi ki, Hazırda ordumuz günü-gündən qüvvətlənir. Bu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin məsələyə qətiyyətli yanaşması nəticəsində mümkün olmuşdur. Dövlət büdcəsindən ordunun gücləndirilməsinə kifayət qədər vəsait sərf edilir. Aprel hadisələrində ordumuzun gücünü gördük. Bu gücü tək biz deyil, bütün dünya gördü və müdafiə etməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sülhün tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə çalışır. Əks halda Azərbaycan ordusu düşmənə öz gücünü göstərməyə qadirdir.
Tədbirin sonunda Azərbaycan ordusu haqqında filmə baxıldı.