Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral – Azərbaycanda Gənclər Günü ilə əlaqədar Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovun yerli gənclərlə görüşü keçirilib

02 fevral 2018 | 11:00

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ Heydər Əliyev Mərkəzində 2 fevral – Azərbaycanda Gənclər Günü ilə əlaqədar Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovun yerli gənclərlə görüşü keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev iştirak ediblər.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub.
Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov tədbir iştirakçılarını 2 fevral Gənclər Günü münasibətilə təbrik edərək ölkəmizdə aparılan və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasətindən, Azərbaycan gənclərinin quruculuq işlərində fəal mövqeyindən söhbət açıb.
Bilik Fondunun Aparat rəhbəri İ.Vəliyev Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları barədə geniş məlumat verib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin banisi olduğu bu siyasi xəttin məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir.
Görüşdə F.Muradov “Azərbaycan gənci dünən, bu gün və sabah” mövzusunda məruzə ilə çıxış edib. Natiq “Prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamını dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsi kimi dəyərləndirib: “Bu gün Azərbaycan gənclərinin təhsili, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin, məşğulluğunun, sahibkarlıq və yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, beynəlxalq əməkdaşlıq və mübadilənin genişləndirilməsi, asudə vaxtın təşkili, gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir”.
MM-in deputatı A.Hüseynov elmin müxtəlif sahələrində, ictimai-siyasi həyatda, eləcə də idman sahəsində Azərbaycan gənclərinin qazandıqları uğurlardan danışıb, bu gün Azərbaycanın gələcəyinin gənclərin gücü və potensialı ilə daha inamla qurulduğunu söyləyib.
Mühazirəçilər gəncləri maraqlandıran sualları cavablandırıblar. Görüşün təşkilatçılarına və mühazirəçilərə Bilik Fondunun hədiyyələri verilib.
Tədbirin bədii hissəsində Bakı Humanitar Kollecin tələbələrinin hazırladıqları musiqili kompozisiya nümayiş olunub.

Keçidlər