Şriftin ölçüsü :

Saytın rəngi :

Rus dili və ədəbiyyatı fənni üzrə X Respublika olimpiadası keçirilib

02 fevral 2018 | 11:00

02 fevral 2018-ci il tarixində Qaradağ rayonunun 139 nömrəli tam orta məktəbində Azərbaycanda tədrisin Rus və Azərbaycan dillərində olduğu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə X Respublika olimpiadası keçirilib. Olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Açılış mərasimi Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səslənməsi ilə başlandı. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri, Rusiya səfirliyinin müşaviri Valentin Denisov, xanım Lyubov Yakunina  iştirak edirdilər.
Olimpiadanın açılış mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova Azərbaycanda Rus dilinə, mədəniyyətinə, dilinə göstərilən diqqət və qayğını vurğuladı. Olimpiadanın keçirilməsində əsas məqsəd rus dilini və rus mədəniyyətini dəstəkləməkdir. Belə tədbirlərin Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyi də diqqətə çatdırıldı.
Sonra Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri, Rusiya səfirliyinin müşaviri Valentin Denisov, xanım Lyubov Yakunina çıxış etdilər, Azərbaycanda rus dilinə olan böyük marağın olduğunu qeyd etdilər.  Bunun əsas göstəriciləri ümumtəhsil məktəblərində rus bölməsinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyət göstərməsidir.
Tədbirdə 139 nömrəli tam orta məktəbin şagirdləri rus şairlərinin şeirlərini və rus dilində mahnılar səsləndirdilər, rus rəqsini ifa etdilər. Məktəb şagirdləri Rusiya mədəniyyəti ilə tanış olduqlarını və böyük maraq göstərdiklərini nümayiş etdiriblər.
Mərasim sonunda iştirakçılara müvəffəqiyyətlər arzulandı, rus dili və ədəbiyyatı fənni üzrə X Respublika olimpiadasına start verildi.

Keçidlər