Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “2012-ci il-İdman il”inin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

20 dekabr 2012 | 11:00

19 dekabr 2012-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “2012-ci il-İdman il”inin yekunlarına həsr olunmuş rayon idmançıları ilə birgə yığıncaq keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və digər qonaqlar iştirak etmişlər.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 20 illiyinin tamam olması, London Yay Olimpiya Oyunlarının keçirilməsi və eyni zamanda ölkəmizdə baş tutan FİFA U-17 Qadınlararası Dünya Çempionatını məhz 2012-ci ilin “İdman il”i kimi seçilməyini şərtləndirən amil kimi səciyyələndirmişdir. Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin gənclərə və idmana göstərdiyi xüsusi diqqət və qayğının hər zaman hiss olunduğunu bildirmişdir.
Daha sonra çıxış edən natiqlər 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində şəhər və rayonlarımızda ən müasir standartlara cavab verən yeni idman komplekslərinin tikilib istifadəyə verilməsini qeyd etmişlər. Ölkəmizdə Avropa və dünya yarışlarının keçirilməsini artıq silsilə xarakter daşıdığını bildirərək, hər il müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və digər bu kimi olimpiya növlərinə daxil olan idman yarışlarının məhz Azərbaycanda yüksək səviyyədə keçirildiyini nəzərə çatdırmışlar.
2012-ci ilin ötən dövründə rayon idmançıları beynəlxalq, respublika və zona yarışlarında 112 medala layiq görülmüşlər ki, bunların da 39-u qızıl, 28-i gümüş, 45-i isə bürünc medallardır. Rayon idmançıları beynəlxalq yarışlarda 15-i birinci, 9-u ikinci, 11-i isə üçüncü yer olmaqla 35 medal qazanmışlar.
2012-ci ilin “İdman il”i elan edilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən rayon ərazisində, bir sıra tədbirlər, o cümlədən şotokan-karate-do, taekvando, güllə atıcılığı, stolüstü tennis, şahmat, güləş, cudo, futbol, voleybol kimi idman növləri üzrə yarışlar keçirilmişdir.
Tədbirin sonunda müxtəlif növdə qalib olmuş idmançılar və məşqçilər mükafatlandırılmışlar.
 

Keçidlər