Şriftin ölçüsü :

Saytın rəngi :

“1 dekabr-QİÇS-lə beynəlxalq mübarizə günü”nə həsr olunmuş “QİÇS-in qurbanı olmamaq səndən asılıdır” mövzusunda dəyirmi masa

01 dekabr 2022 | 15:25

   01 dekabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “1 dekabr - QİÇS-lə beynəlxalq mübarizə günü”nə həsr olunmuş “QİÇS-in qurbanı olmamaq səndən asılıdır” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada  Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, 23 № li Birləşmiş Şəhər Xəstəxanasının həkimləri Günay Hüseynova və Təranə Dadaşova, məktəb psixoloqları, müəllimlər və gənclər iştirak edirdi.

    Toplantının əvvəlində mövzu üzrə videoçarx nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov keçirilən dəyirmi masanın səbəb və məqsədlərini, gözlənilən nəticələrivə bu sahədə təbliğat və təşviqat, maarifləndirmə işinin vacibliyini qeyd edərək bu məqsədlə dəyirmi masaya mütəxəssislərin dəvət olunduğunu nəzərə çatdırdı. Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini T. İsmayılova əsrin bəlasına çevrilmiş QİÇS-in insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən və bu sahədə görülən işlərdən, keçirilən tədbirlərdən söhbət açdı. Qeyd edildi ki, aparılan mübarizəyə baxmayaraq QİÇS günümüzün ən aktual məsələlərindən biri olaraq qalmaqdadır.  Bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməli və bu mübarizə hər bir fərdin mübarizəsinə çevrilməlidir.

      Dəyirmi masada 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimləri G.Hüseynova və T.Dadaşova, psixoloq M.Əliyeva “İİV və QİÇS (AİDS) nədir?”, “HİV necə ötürülür?”, “QİÇS-dən necə müdafiə oluna bilərik?” mövzuları üzrə çıxış edərək QİÇS-in günümüzün ən aktual problemlərindən biri olduğunu qeyd etdilər. Onun dünyaya sürətlə yayılmasını və hər il minlərlə insanın ölümünə səbəb olan ciddi xəstəlik olduğunu söyləyən mütəxəssislər bu xəstəliyə qarşı təkcə tibbi yolla deyil, psixoloji və ciddi maarifləndirmə işləri ilə mübarizə aparmaq lazım olduğunu diqqətə çatdırdılar. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İİV/QİÇS və HCV-nin profilaktikası, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə bukletlər paylandı. 

 

 

 

Keçidlər