08 noyabr - Zəfər günüdür
“8 noyabr Zəfər Günü” münasibəti ilə 07 noyabr 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, YAP Qaradağ Rayon Təşkilatının sədri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri Lökbatan qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhidləri xiyabanına əklil qoyuldu, şəhidlərin ruhlarına dualar oxundu, sonra şəhidlərin məzarları bir bir ziyarət edilərək, üzərinə tər gül dəstələri qoyuldu. Vətən Müharibəsi Qəhrəmanı, Şəhid kapitan Abdullayev Rəşad Arif oğlunun barelyefi ziyarət olundu.
Daha sonra tədbir iştirakçıları Ə.Əmirov adına Mədəniyyət Sarayının həyətində və foyesində rayonda fəaliyyət göstərən məktəb, uşaq bağçası, uşaq incəsənət məktəblərinin əl işlərindən ibarət təşkil edilmiş sərgiyə baxış keçirdilər.
Qaradağ rayonundan olan şəhidlərin həyat yolundan bəhs edən fotosərgi nümayiş olundu. 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin canlı rəsm sərgisi nümayiş edildi. Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin məktəbliləri şerlər söylədilər, rəqs etdilər, nəğmələr səsləndirdilər.
Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələri, vətən müharibəs i qaziləri ilə görüş keçirdi. Tədbirdə ölkəmizdə olduğu kimi Qaradağ rayonunda da Prezident cənab İlham Əliyev tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu qeyd edildi.
Bu gün axşam “Zəfər günü” münasibəti ilə təşkil edilmiş konsert və atəşfəşanıq olacaqdır.