Şriftin ölçüsü :

Saytın rəngi :

03 may 2017-ci il tarixində “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim bazasında gənclər arasında idman tədbiri keçirilmişdir

03 may 2017 | 14:36

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli, 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın Qaradağ rayonunda icrası məqsədilə 03 may 2017-ci il tarixində “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim bazasında gənclər arasında idman tədbiri keçirilmişdir.

   İlk olaraq Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov tədbir iştirakçılarına “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” barədə ətraflı məlumat vermişdir.

    Daha sonra beş məktəbin şagirdləri arasında idman müsabiqələri təşkil olunmuşdur.

   Fəxri kürsünün ən yüksək pilləsinə 166 nömrəli məktəbin şagirdləri qalxmışdır. İkinci yerə 288, üçüncü yerə isə 233 nömrəli məktəblərin təmsilçiləri layiq görülmüşdür.

    Qalib komandaların üzvləri müxtəlif hədiyyələr, diplom və kubokla təltif edilmişlər.

Keçidlər