Şriftin ölçüsü :

Saytın rəngi :

03 aprel 2017-ci il tarixdə Lökbatan qəsəbəsindəki 139 nömrəli məktəbin idman meydançasında rayon məktəblərinin şagirdləri arasında atletika idman növü üzrə rayon çempionatı keçirilmişdir

03 aprel 2017 | 14:39

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli, 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın Qaradağ rayonunda icrası məqsədilə 03 aprel 2017-ci il tarixdə Lökbatan qəsəbəsindəki 139 nömrəli məktəbin idman meydançasında rayon məktəblərinin şagirdləri arasında atletika idman növü üzrə rayon çempionatı keçirilmişdir.

   İlk olaraq Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov tədbir iştirakçılarına “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” barədə ətraflı məlumat vermişdir.

   Yarışda 24 komanda iştirak etmişdir. Yarışın yekun nəticələrinə əsasən 319 nömrəli məktəb birinci yerə, 166 nömrəli məktəb ikinci yerə, 253 nömrəli məktəb üçüncü yerə layiq görülmüşdür.

   Qaliblər müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Keçidlər