Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü!

19 may 2026 | 08:22

   26 may 2026-cı il tarixində saat 10:00-dan 14:00-dək Qızıldaş qəsəbəsində yerləşən Tikinti və Quraşdırma işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşə seçimi mərhələsində olan gənclər, valideynlər və tikinti sektoruna maraq göstərən hər kəs üçün “Açıq Qapı” günü və "Karyera Sərgisi" keçiriləcəkdir.

   Tədbir, iştirakçılara müasir tikinti peşələrinin sirlərini kəşf etmək, əmək bazarının tələblərini öyrənmək və gələcək karyera yollarını düzgün müəyyənləşdirmək üçün unikal imkan yaradır.

   Sərgidə iştirakçılar:

  • Ali və peşə təhsili imkanları barədə məlumat əldə edəcək,
  • Müxtəlif peşə istiqamətləri ilə tanış olacaq,
  • Əmək bazarının tələbləri haqqında ətraflı məlumatlanmaq imkanı qazanacaqlar.

   Sərgiyə qatılmaq istəyənlər üçün Qaradağ rayonu Lökbatan qəsəbəsindən avtobus ayrılacaqdır.

   Əlavə suallarla bağlı aşagıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.

   📞 +994(51) 329 85 95

   📞 +994(12) 445 21 81

   Ünvan: Qaradağ rayonu Qızıldaş qəsəbəsi

Keçidlər