Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin nəzərinə!

24 avqust 2026 | 09:32

Kommunal təsərrüfat, infrastruktur, yol və nəqliyyat məsələləri, eləcə də sosial xarakterli problemlərlə bağlı müraciətlərin operativ və rəsmi qaydada baxılması məqsədilə “ASAN müraciət” mobil tətbiqindən istifadə olunması tövsiyə edilir.

Qeyd olunan mobil tətbiqi Play Market və ya App Store platformalarından mobil cihazınıza yükləmək mümkündür. Tətbiqdən istifadə üçün vətəndaşın qeydiyyatdan keçməsi zəruridir.

Müraciətin göndərilməsi üçün aşağıdakı addımların icrası tələb olunur:

  1. Mobil cihazınıza “ASAN müraciət” tətbiqini Play Market və ya App Store üzərindən yükləmək;
  2. Tətbiqdə qeydiyyat prosesini tamamlayaraq şəxsi hesab yaratmaq;
  3. Müraciətin mövzusuna uyğun kateqoriyanı və aidiyyəti qurumu seçmək;
  4. Müraciəti sistem vasitəsilə göndərmək.

Mobil tətbiq üzərindən daxil olan bütün müraciətlər rəsmi qeydiyyata alınır, aidiyyəti üzrə səlahiyyətli qurumlara yönləndirilir və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılır. Vətəndaşlar müraciətlərinin icra vəziyyətini və nəticəsini tətbiq vasitəsilə rahat və şəffaf şəkildə izləyə bilirlər.

“ASAN müraciət” mobil tətbiqindən istifadə:

  • müraciətlərin rəsmi və şəffaf şəkildə icrasını;
  • aidiyyəti qurumlara vaxtında yönləndirilməsini;
  • qaldırılan məsələlərin daha operativ və səmərəli həllini təmin edir.

Bu baxımdan, gələcək müraciətlərin rəsmi, operativ və nəzarət oluna bilən formada araşdırılması üçün “ASAN müraciət” mobil tətbiqi vasitəsilə təqdim olunmasını xahiş edirik.

İnternet yoxdursa müraciətiniz itməyəcək. 📱
Məlumatlar “Göndərilməyən” bölməsində saxlanılır. İnternet bağlantısı yarandıqda müraciətə düzəliş edib rahatlıqla göndərə bilərsiniz.

 ℹ️Ətraflı məlumat üçün : 9108📞
Keçidlər