Sakinlər və hərəkət iştirakçılarının nəzərinə
19 iyun 2026 | 16:30
Hörmətli sakinlər və hərəkət iştirakçıları!
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Abşeron–Qaradağ mənzilinin cüt yolunun 32 km PK 3 hissəsində yerləşən qorunan dəmir yolu keçidində 23–24 iyun 2026-cı il tarixlərində əsaslı təmir işləri aparılacaqdır.
Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə dəmir yolu keçidindən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq 2 gün müddətinə dayandırılacaqdır.
Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları və alternativ marşrut kimi Abşeron–Qaradağ mənzilinin 30 km PK 5 hissəsində yerləşən yolötürücüsündən istifadə etmələri xahiş olunur.






