Şriftin ölçüsü :

Saytın rəngi :

"Rəqəmsal inkişaf dövründə insan kapitalı, liderlik kompetensiyaları və süni intellektdən istifadə bacarıqları" mövzusunda seminar-treninq keçiriləcəkdir.

06 iyul 2026 | 16:54

   Rəqəmsal transformasiya dövründə uğur qazanmaq üçün yeni bilik və bacarıqlar əldə etmək istəyən hər kəsi "Rəqəmsal inkişaf dövründə insan kapitalı, liderlik kompetensiyaları və süni intellektdən istifadə bacarıqları" mövzusunda keçiriləcək interaktiv seminar-treninqə dəvət edirik.
  Seminar çərçivəsində iştirakçılar:
İnsan kapitalının inkişafı və potensialın səmərəli idarə olunması;
Müasir liderlik kompetensiyalarının gücləndirilməsi;
Süni intellekt alətlərindən effektiv və praktik istifadə üsulları;
Rəqəmsal dövrün tələblərinə uyğun yeni bacarıqların formalaşdırılması;
İnteraktiv tapşırıqlar və praktiki fəaliyyətlər vasitəsilə biliklərini inkişaf etdirmək imkanı əldə edəcəklər.
   Yeni düşüncə, yeni bacarıqlar və gələcəyin idarəetmə yanaşmaları ilə tanış olmaq üçün sizi seminar-treninqdə gözləyirik!
   Ünvan: Qaradağ Rayonu, Lökbatan qəsəbəsi, Cadenza, Konfrans zalı
   Tarix 7 iyul 2026-cı il   Saat 10:45

   İştirak üçün Qeydiyyat:
https://forms.gle/SdFDPZmxKphP55NRA

Keçidlər