Qobustan qəsəbəsi sakinlərinin nəzərinə!
21 iyul 2026 | 11:40
Hörmətli sakinlər!
21.07.2026-cı il tarixində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 11:30-dan 18:00-dək Qaradağ rayonunun Qobustan qəsəbəsinin 5-ci, 6-cı və 7-ci yaşayış massivlərində təxminən 500 abonentin qaz təchizatının verilməsində müvəqqəti fasilə yaranacaqdır.
Sakinlərdən qeyd olunan müddət ərzində qaz cihazlarından təhlükəsizlik qaydalarına uyğun istifadə etmələri, qaz kranlarını bağlı saxlamaları və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.






