İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Bakı Regional Məşğulluq filialının və Yasamal RİH-in birgə təşkilatçılığı ilə Hyatt Regency Baku hotelinin inzibati binasında 6 mart 2026-cı il tarixdə, saat 11:00-dan 13:00-a kimi "Əmək Yarmarka"-sı keçiriləcək.
“Əmək Yarmarka”-sı üzrə işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Hyatt Regency Baku hotelinin inzibati binasına yaxınlaşa bilərlər.
- 35 müəssisə
- 300 vakansiya
“Əmək Yarmarka”-na gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Əmək Yarmarka”da iştirak edən şəxslərə təqdim olunacaqdır.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 8 (Hyatt Regency Baku hoteli, Hyatt Tower 3, Hyatt Hall zalı)






