İşsiz və işaxtaran şəxslərin nəzərinə!
İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə Park Inn By Radisson hotelinin inzibati binasında 26 sentyabr 2025-ci il tarixdə, saat 11:00-dan 13:00-a kimi " Əmək Yarmarka" -sı keçiriləcək.
“Əmək Yarmarka”-sı üzrə işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Park Inn By Radisson hotelinin inzibati binasına yaxınlaşa bilərlər.
· 35 müəssisə
· 270 vakansiya
“Əmək Yarmarka”-na gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Əmək Yarmarka”da iştirak edən şəxslərə təqdim olunacaqdır.
Ünvan: Bakı şəh., Azadlıq pr., 1






