İşsiz və işaxtaran şəxslərin nəzərinə!
22 oktyabr 2026 | 10:29
İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə “Sərhədçi” İdman Mərkəzində 28 oktyabr 2026-cı il tarixində, saat 11:00-dan 13:00-a kimi 150 müəssisə 800 vakansiya üzrə "Əmək Yarmarka" -sı keçiriləcəkdir.
“Əmək Yarmarka”-na gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Əmək Yarmarka”da iştirak edən şəxslərə təqdim olunacaqdır.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 756.






